Aze Rus Eng

GLOBAL RADIATORI

RADIANT

MƏRKƏZİ İSTİLİK SİSTEMİ
YÜKSƏK SƏMƏRƏLİLİYƏ MALİK BUXAR    QAZANLARI

SR

EMMETI

İŞƏ SALINMASI

GLOBAL tərfindən hazırlanmış və patentləşdirilmiş EKOS və EKOS PLUS radiatorları GLOBAL-ın alümi- nium radiatorlarının geniş diapazo- nunu zənginləşdirir.
 
TEXNİKİ GÖSTƏRİCİLƏRİ   

EKSKLÜZİV DİZAYN
Zərif hamar formalara malik yeni seriyadan olan radiatorlar estetik nəticənin xüsusilə vacib olduğu məkanlar üçün daha uyğundur.

YÜKSƏK DAVAMLILIQ
Materialın yüksək keyfiyyəti sayəsində davamlılıq və uzun ömürlülüyün maksimum zəmanəti əldə edilir. Anaforez üsulu ilə boyama (radiatorun bütünlüklə boya ləyəninə salınması) və növbəti epoksid tozu ilə minalamadan ibarət iki mərhələli boyama
texnologiyası ikiqat müdafiə mükəmməl və dayanıqlı boyamaya zəmanət verir.  

MAKSİMAL RAHATLILIQLA ENERJİ SƏRFİYYATINA QƏNAƏT
Global radiatorları ilə temperaturun tənzimlənməsi çox asandır və ucuz başa gəlir. Şəxsi ehtiyaclardan asılı olaraq tez bir zamanda hər bir məkan üçün mükəmməl temperatur əldə etmək mümkündür.

YÜKSƏK İSTİLİK GÜCÜ
Milandakı "Politecnico" təşkilatının  EN 442 normalarına uyğunluq sertifikatı yüksək istilik gücünə zəmanət verir. Yüksək istilik gücü daha az həcmli radiatorların quraşdırılmasına imkan yaradır.
 

DAHA ASAN QURAŞDIRMA

Alüminiumun və seksiya elementlərinin yüngüllüyü sayəsində quraşdırma zamanı daha çox elastiklik və sürət əldə edilir.
 
MONTAJ

• EKOS və EKOS PLUS radiatorları işçi təzyiq 1600 K Paskal – 16 Atm olmaq şərtilə 100º C-yə qədər isti su istifadə edən bütün istilik sistemlərində tətbiq edilə bilər (900 K Paskal -9 Atm şərtləri ilə sınaqdan keçirilmişdir).
• Bu radiatorlar dəmir, mis və termoplastik borulardan istifadə edən sistemlərdə quraşdırıla bilər.
• Radiatorların quraşdırılması zamanı aşağıda göstərilən məsafələrə riayət etməklə ən yüksək istilik gücünə nail olmaq mümkündür:
- divardan – ən az 3 sm aralı;
- döşəmədən  – ən az 10 sm hündürdə;
- pəncərə altından və ya rəfdən – ən az 10 sm aşağıda

• Qarışıq metallardan istifadə zamanı isitilik sistemində çöküntülər və korroziya nəticəsində əmələ gələ bilən problemlərin qarşısını almaq üçün (UNI-CTI 8065 norması) suyun pH göstəricisini yoxlamaq (tövsiyə edilən göstərici 6.5 və 8 arasındadır) və dövr edən qaynar suya istehsalçıın təlimatına uyğun olaraq müəyyən miqdar münasib passivləşdirici qatqı (Cillit-HS 23 Combi və ya ona bənzər digər məhsul) əlavə etmək məsləhət görülür.
• Maksimum təsirliliyi təmin etmək məqsədilə radiatorlar üçün üzən avtomatik və ya əllə idarə eidlən ventilyasiya qapaqlarının (klapanlarının) quraşdırılması tövsiyə edilir.

• Istilik sistemində mövcud olan qazlarla bağlı problemlərin qarşısını almaq və aşırı təzyiqi aradan qaldırmaq məqsədilə qapaqların sonuna qədər bağlanması məsləhət görülmür. Əgər bir və ya bir neçə radiatoru dövriyyədən təcrid etmək lazımdırsa, bu zaman hər bir radiatorda avtomatik ventilyasiya qapaqlarının quraşdırılması tövsiyə edilir.

EKOS PLUS ÜÇÜN ƏLAVƏ QEYDLƏR
• DİQQƏT: Əgər EKOS PLUS alüminium radiatorunun əsası qarşı birləşmələrə əks istiqamətdə quraşdırılıbsa, o zaman birinci və ikinci elementlər arasında ildırım keçiricisi (bənd 22) yerləşdirilməlidir. Ildırım keçiricisinin işə salınması dövriyyəni yaxşılaşdırır və bununla da radiatorun maksimum gücünü təmin edir.   
• Ştepsellər və ya reduksiyalar (5 və 6 bəndlər) yalnız orijinal `O-R` ara qatı (bənd 24) ilə istifadə edilməlidir. Alternativ olaraq dəstdən də istifadə etmək olar (44, 47, 49 bəndlər).
• Çox sayda seksiyaların yığılması zamanı 1’’ mm 30 nippelərdən (bənd 23) və `O-R` ara qatından (bənd 24) istifadə edilməlidir.  

 

 

Evinizi hansı istilik sistemi ilə isidirsiniz?

Kombi (442)
Qaz (143)
Heç biri (126)



..