Aze Rus Eng

GLOBAL RADIATORI

RADIANT

MƏRKƏZİ İSTİLİK SİSTEMİ
YÜKSƏK SƏMƏRƏLİLİYƏ MALİK BUXAR    QAZANLARI

SR

EMMETI

ŞİRKƏT HAQQINDA

İtalyan fabriki  «GLOBAL DI FARDELLI OTTORINO&C» öz fəaliyyətinə 1971 ildə başlamışdır. Əsası Fardelli qardaşları tərəfindən qoyulan şirkət alüminium radiatorlarının ilk kütləvi istehsalçılarından biri olmuşdur.    Hal-hazırda Global bu seqment üzrə dünya bazarında qabaqcıl mövqeyə malikdir: bu brend altında buraxılan avadanlığın illik payı 50 milyondan çox seksiya təşkil edir. 
Məhz burda orta iqlim qurşağının atmosfer şəraiti ilə qarşılaşan italyan mütəxəssislər yüksək, qeyri-sabit təzyiq göstəricilərinə, eləcə də aşağı keyfiyyətli istilikdaşıyıcılarına sahib yerli mühəndis şəbəkələrinin səciyyəvi xüsusiyyətlərini nəzərə alaraq alüminium radiatorlarının səmərəliliyi üzrə çoxsaylı araşdırmalar aparmışlar. Nəticədə avadanlıq sərt istismar şəraitinə uyğun xüsusi olaraq modifikasiya edilmişdir. Növbəti təkmilləşdirmə nəticəsində isə daxili boruları poladdan, xarici səthi isə alüminiumdan hazırlanan bimetallik radiatorlar istehsal edilməyə başlamışdır. Bu texniki innovasiya sayəsində Global şirkəti radiator qurğularının yeni istehsal səviyyəsinə qalxmış və istilik sistemi cihazları bazarında yüksək rəqabətə baxmayaraq bütün dünyada tanınmağa müvəffəq olmuşdur.      

Bu gün Global məhsulları – yüksək keyfiyyətin, etibarlılığın, rahat istifadə və montajın sinonimi deməkdir. Bu markanın avadanlığı yüksək istismar nəticələri nümayiş etdirir, estetik xarici görünüşə və maksimum etibarlılıq göstəricilərinə malikdir. Global istilik radiatorlarından istifadə etməklə enerjidaşıyıcıları üzrə sərfiyyatı əhəmiyyətli dərəcədə azaltmaq və qənaətcil istilik sistemləri quraşdırmaq mümkündür. Alıcıların ehtiyaclarına və tələblərinə diqqətli yanaşma – şirkətimizin ən ümdə prinsiplərindən biridir.   


Evinizi hansı istilik sistemi ilə isidirsiniz?

Kombi (442)
Qaz (143)
Heç biri (126)



..