Aze Rus Eng

GLOBAL RADIATORI

RADIANT

MƏRKƏZİ İSTİLİK SİSTEMİ
YÜKSƏK SƏMƏRƏLİLİYƏ MALİK BUXAR    QAZANLARI

SR

EMMETI

Solarbox – Günəş enerjisindən istifadə edən istilik sistemi üçün qutu tipli buxar qazanı

SOLARBOX SİSTEMİ


Solarbox sistemi bir neçə elementdən hazırlanmışdır: yaşayış vahidi, kondensator buxar qazanları və 1 və 1-dən artıq konturu (dövrəsi) olan günəş enerjisindən istifadə edən istilik sisteminin nəzarət bloku. Solarbox həcm bloku və daha rahat istifadə üçün 2 klapanlı xarici hissədən ibarətdir. Sistem həm də klapanlar quraşdırılmış alt qazan təbəqəsi ilə təchiz edilmişdir. Radiant tərəfindən təklif edilən bu texniki seçim böyük əhəmiyyət kəsb edir. Belə ki, bu halda montajçi istilik generatorunu quraşdırmazdan və divarlarda/döşəmədə işləri tamamlamazdan əvvəl sistemi yoxlamaq imkanı qazanır. Solarbox yüksək və aşağı temperatur rejimli əlavə dəstlərlə birgə istifadə edilə bilən 18-34 kilovatt gücündə kondensator qazanların geniş diapazonunu təqdim edir.
Mərkəzdə yerləşidirilən alt buxar qazanı təbəqəsi qutunun sol və sağ tərəflərindən çıxan hidravlik sistemi birləşdirməyə imkan yaratmaqla qurğunu daha yüngül edir.


GÜNƏŞ ENERJISINDƏN ISTIFADƏ EDƏN ISTILIK SISTEMININ NƏZARƏT BLOKU

Blok hidravlik qrupdan, göstəricilərdən, günəş enerjisinin idarəedilməsi üçün çap nəzarət lövhəsindən, təhlükəsizlik vahidlərindən, 25-litrlik genişləndirici çəndən, suyun məişət şəraitində qızdırılması üçün 8-litrlik genişləndirici çəndən və qarışdırıcı qrupdan ibarətdir.
İstilik generatorunun elektorn avadanlığı ilə qarşılıqlı fəaliyyət göstərən günəş enerjisindən istifadə edən istilik sisteminin nəzarət blokunun elelktron avadanlığı sayəsində və günəş enerjisi kollektoru vasitəsilə məişət su qızdırıcısının tam və səmərəli tənzimlənməsi təmin edilir.


2 KONTURLU HİDRAVLIK DƏST– yüksək/aşağı temperatur rejimi

Qurğuya daxildir: hidravlik ayırıcı, dəyişkən sürətli nasos və yükəsk və aşağı temperatur rejiminə tam nəzarəti təmin edən elektorn çap lövhəsi.

Günəş enerjisindən istifadənin reklam prospekti

Evinizi hansı istilik sistemi ilə isidirsiniz?

Kombi (442)
Qaz (143)
Heç biri (126)



..